Amerikanın “Apple” korporasiyası 2027-ci ildə ilk dəfə olaraq korpusu əsasən şüşə materialdan hazırlanmış smartfonunu təqdim edəcək.
«Apple» Amerikaya «qapılar bağlanmamış» çatmaq üçün – 1,5 milyon ədəd «iPhone»u təyyarə ilə göndərdi
FED.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
İnsayder Mark Qurmanın məlumatına görə, şirkət şüşə, əyri formalı “iPhone” buraxmaq niyyətindədir. Bunu şirkət “iPhone”un 20 illik yubileyinə hazırlayır.
Qurman bildirib ki, flaqman smartfon ekranında nə “monoqaşlar” (yuxarı kəsik), nə də “dinamik ada” olmayacaq. "iPhone" ilə yanaşı, şirkət ilk qatlanan telefonunu, ağıllı eynəklərini və ev üçün nəzərdə tutulmuş robotunu təqdim edəcək. Sonuncu cihaz süni intellekt (Sİ) əsasında işləyən ağıllı köməkçi olacaq. (Trend)