İKT

“Apple” şirkəti iPad Pro dizaynında yenilənmiş iPad Air-i təqdim edib – VİDEO

“Apple” şirkəti iPad Pro dizaynında yenilənmiş iPad Air-i təqdim edib – VİDEO | FED.az
09:26 16 Sen 2020

“Apple” şirkəti sentyabrın 15-də keçirilən təqdimatda iPad Pro dizaynında yenilənmiş iPad Air-i təqdim edib.

Eləcə də bax: 4 yeni «İphone» gəlir – «Apple» Məhsullarını Açıqlayacaq

FED.az Banker.az-a istinadən xəbər verir ki, iPad Air A14 Bionic prosessoru ilə təchiz edilib. 

iPad Air yeni rənglərdə buraxılıb: yaşıl, mavi və çəhrayı. Cihazın ekranı 10,9 düym təşkil edir, burada Face ID olmasa da, Touch ID texnologiyası var. 

Bu model Magic Keyboard və Apple Pencil-i dəstəkləyir. Bu aksessuarları ayrıca almaq mümkündür: Magic Keyboard-ın 299 dollar, Smart Keyboard Folio 179 dollar, Pencil isə 129 dollar qiymətindədir. 

Bundan əlavə, yenilənmiş iPad Air 7 mp FaceTime HD qabaq kamera və 12 mp arxa kamera ilə təchiz edilib. 

Tərtibatçılar qeyd edirlər ki, bu iPad Air 2020-ci ilin oktyabrında satışa çıxacaq. Wi-Fi ilə olan modellər 1200 – 1300 AZN, Wi-Fi və mobil şəbəkə ilə olan modellər isə 1500 – 1600 AZN aralığında olacaq. 

 

Digər xəbərlər