“WWDC 2021” (Worldwide Developers Conference) konfransı çərçivəsində “Apple” şirkəti smartfonlar üçün öz əməliyyat sisteminin yeni versiyasını təqdim edib.
Eləcə də bax: Smartfon manyakları üçün - “Üçüncü Göz”!
FED.az xəbər verir ki, “iOS 15” əməliyyat sisteminə yeni dəyişikliklər edilib.
Ünsiyyət üçün “FaceTime” əlavəsinə yeni funksiyalar daxil edilib. Belə ki, “iPhone”a danışanın səsini ayırd etmək öyrədilib, başqa sözlə, bu, küyü azaltmaqdır. Qrup zəngləri üçün şəbəkə rejimi və portret rejimi olacaq. Bundan sonra “FaceTime” digər istehsalçıların smartfonlarında da işləyəcək; lakin bu, hələ ki veb-versiyada olacaq.
“Apple” smartfonlarında “SharePlay” funksiyası çərçivəsində video, teleşou və ya filmə sinxron baxmaq mümkün olacaq.
“iOS 15”də bildirişlərin məntiqi dəyişəcək – istifadəçi üçün vacib olan üzərində diqqəti cəmləmək funksiyası təqdim ediləcək. Bu opsiya ilə bağlı olan “Fokus” fikri yayındıran tətbiqləri söndürməyə imkan verən süni intellekt imkanıdır.
“iOS”da mətni kamera və ya foto ilə tanıyan funksiya yaradılıb. Əvvəllər bu imkan kənar fərdi kompüter vasitəsilə mümkün idi. Bundan başqa, “iPhone” şəkillərdə obyektləri axtara bilər.
“Wallet”, "Weather" və "Maps" tətbiqləri də əhəmiyyətli dərəcədə yenilənəcək.
“Wallet” tətbiqi UWB tərəfindən geniş dəstəklənəcək. Bu tətbiq ABŞ-da sürücülük vəsiqəsini əvəz edə bilər. “Weather” funksiyasında parlaqlıq, yeni animasiya effektləri olacaq.
“Apple Maps” bir çox yeni funksiyalara malik olacaq. Onlardan bəziləri artıq rəqiblərdə var. Məsələn, bina və obyektlərin 3D modeli. Lakin xəritələrdə bəzi şəhərlərin tamamlanmış reallığı yeni olacaq.
Yeni funksiyalar “AirPods” üçün də yaradılıb. Belə ki, “Focus” funksiyası lazım olan səsi ayıra biləcək.
“iPadOS” planşetlərində də böyük dəyişikliklər edilib. “Widget” komponentini rahat şəkildə iş stolunda yerləşdirmək olacaq. Çoxtapşırıqlılıq dəyişilərək daha çevik olub və stolüstü “macOS”un rahatlığına daha yaxın olub.
“iOS 15” və “iPadOS”in açıq testinə bu ay başlanılır. Əməliyyat sistemlərinin yeni versiyalarının buraxılışı sentyabr ayında gözlənilir. (Azərtac)