Mobil telefonlar artıq həyatımızın o dərəcədə ayrılmaz tərkib hissəsinə çevrilib ki, yemək yeyəndə, avtomobil idarə edəndə, ictimai nəqliyyatda, hətta piyada yeriyərkən də gözümüzü smartfonumuzun ekranından çəkmirik.
Eləcə də bax: Dünyanın ən güclü smartfonu - Açıqlanıb
Bəzən bu vərdişimiz həddən artıq təhlükəli hal alır, xüsusən piyada yeriyərkən və küçənin qarşı tərəfinə keçdikdə ani diqqətsizlik həyatımız bahasına başa gələ bilər.
Amma nə edək ki, Netflix və ya Youtube-da maraqlı bir film, TikTok-da trendə çevrilmiş video, yaxud Facebookda dostlarımızın yazdığı məzəli status bizə “gözüaçıq” gəzməyə imkan vermir....
Çarəsi tapılıb!
FED.az xəbər verir ki, Cənubi Koreyalı sənaye dizayneri Paeng-Min Wook smartfon zombiləri üçün “Üçüncü Göz” ixtira edib. Alnımıza bərkitdiyimiz robotabənzər, dizaynerin “Phono Sapiens” adlandırdığı kiçik kamera başımızı aşağı-smartfonumuza doğru əydiyimiz anda sensorlu translüssent “göz qapağı”nı açır. Hər hansı maneəyə 1-2 metrə qədər yaxınlaşdığımız zaman “Üçüncü Göz” siqnal verərək, bizi təhlükə barədə xəbərdar edir.
Paeng-Min artıq bu ixtirasını Seul küçələrində sınaqdan keçirib. Dizayner növbəti mərhələdə “Üçüncü Göz” üçün kamera modulu və qoşulmaq üçün mobil telefon tətbiqetməsi hazırlamaq niyyətindədir.
Bəlkə də 28 yaşı gəncin bu praktik kəşfi onu tezliklə milyonçuya çevirəcək... (Marja)