2023-ci ildə Azərbaycanda “Samsung” , “Apple” və “Xiaomi” telefonlarının satışları azalıb.
Avropa Azərbaycana 80 milyon avroluq smartfon - İXRAC EDİB
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, “Global Stats” statistika mərkəzinin məlumatına görə, ötən ilin dekabr ayında Azərbaycanın mobil qurğular bazarında “Samsung”un bazar payı 11.44% azalma ilə 31.23% təşkil edib.
“Xiaomi” şirkətinin daxili bazar üzrə məhsullarının payı 10.38% azalma ilə 23.36%, “Apple” şirkəti isə 0.64% azalma ilə 15.83% təşkil edib.