«Realme» dünyanın ən sürətli böyüyən smartfon brendinə çevrilib.
Eləcə də bax: “ASUS” yeni nəsil oyun smartfonlarını təqdim edib – Foto
FED.az xəbər verir ki, iki gün əvvəl «Realme» şirkəti 100 milyonuncu smartfonunun satdığın elan edib. «Strategy Analytics» şirkətinin araşdırması göstərib ki, bu dünyanın smartfon bazarı üçün yeni rekorddur.
Şirkətin məlumatına görə, «Realme» şirkəti indiyədək ən sürətli böyüyən smartfon brendi olub. Belə ki, şirkət 100 milyonluq həddi indiyədək olan büğün brendlərdən daha tez keçib. 2018-ci ildə buraxılan brend artıq 2021-ci ildə, yəni 37 aydan sonra 100 milyon smartfon satışını elan edib.
Xatırladaq ki, «Xiaomi» bu həddi 41 aya, «Apple» 45 aya keçib. «Huawei»in buna 5 il yarım, «Samsung»un isə 6 ildən artıq vaxtı sərf edilib.
«Realme» smartfonlarının satışının artması əsasən Çin və Hindistan bazarındakı satışlarla bağlıdır.
Xatırladaq ki, «Realme» ilk dəfə 2010-cu ildə ortaya çıxıb, həmin vaxt şirkət «OPPO Real» adı ilə tanınırdı. 2018-ci ildə «Oppo» şirkətinin keçmiş vitse-prezidenti Skay Li şirkətdən getdiyini və «Realme» brendini yaradacağını elan edib.
2018-ci ildə şirkət ilk dəfə Hindistan bazarına daxil olaraq burada özünün ilk smartfonunu - «Realme 1»i buraxıb. Bu smartfon «Amazon India»da onlayn satılırdı. Təkcə birinci il «Realme» 25 milyon smartfon sata bildi, daha sonra Çin və Tayvan bazarına daxil oldu.
2018-ci ildə inkişaf etməkdə olan ölkələr üçün buraxılan «Realme» smartfonları tədricən bazarı ələ keçirməyə başlayıb. 2019-cu ilin ortalarında bu smartfonlar artıq 20 ölkədə satılırdı. 2019-2020-ci illərdə brend MDB bazarına daxil olub.