ABŞ-ın Apple şirkəti, Böyük Britaniyanın sanksiyaları səbəbindən VK ekosistem (ВКонтакте) proqramlarını iOS tətbiqlər mağazasından sildiyini açıqlayıb.
Eləcə də bax: Apple "iPhone 14"ün istehsalını artırmaqdan - İMTİNA ETDİ
FED.az xəbər verir ki, bu barədə şirkətin nümayəndəsi bildirib.
"Bu proqramların əksəriyyəti Böyük Britaniya hökumətinin sanksiyaları altında olan bir və ya bir neçə tərəfə məxsusdur və ya onlara nəzarət edir. Bu sanksiyalara əməl etmək çərçivəsində Apple bu proqramlarla əlaqəli tərtibatçı hesablarını silib".
İndi istifadəçinin yerindən asılı olmayaraq, AppStore-dan proqramları yükləmək mümkün deyil. Bu halda, proqramlar əvvəllər endirilibsə, istifadə olunmağa davam edə bilər.
Sentyabrın 26-da VK ekosistem proqramları o cümlədən, VKontakte sosial şəbəkə tətbiqi, VK Music, Messenger, Youla və s. iOS proqramlar mağazasından silinib. (Marja)