“Apple” düşüncə gücündən istifadə edərək cihazları idarə etmək üçün innovativ interfeys hazırlayır. Şirkət bu layihəni həyata keçirmək üçün texnologiya nəhəngi “Stentrode” neyroimplantının yaradıcısı ABŞ-ın “Syncron” startapı ilə əməkdaşlıq edir.
“Apple” şüşədən “iPhone” buraxacaq
FED.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri yazır.
“Syncron” implantının unikal xüsusiyyəti onun minimal invazivliydir. O, kəllə sümüyünə cərrahi müdaxiləyə ehtiyac olmadan boyun venası vasitəsilə quraşdırılır. Cihaz hərəkət niyyəti ilə əlaqəli neyron siqnalları oxuyur və onları “iPhone”, “Apple Vision Pro” və “Apple” ekosistemindəki digər cihazlar üçün əmrlərə çevirir. Texnologiya hazırda dayaq-hərəkət pozuqluğu olan xəstələr arasında sınaqdan keçirilir. Proqramın iştirakçılarından biri artıq “Apple Vision Pro”dan ünsiyyət və əyləncə üçün istifadə edir, cihazın funksiyalarını düşüncə gücü ilə aktivləşdirir.
Bu inkişaf ilkin mərhələdə əlilliyi olan insanlara yönəldilsə də, gələcəkdə “Apple” şirkətinin əsas məhsullarının bir hissəsi ola bilər. Texnologiyanın ilk versiyaları üçüncü tərəfin neyroimplantları ilə uyğun olacaq və gələcəkdə şirkət öz həllərini hazırlamağı planlaşdırır.
“Syncron” kraniotomiya tələb etməyən əhəmiyyətli dərəcədə daha az travmatik quraşdırma prosedurunu qeyd edərək texnologiya sahəsində “Neuralink” kimi rəqiblərdən üstünlüyünü vurğulayır. Texnologiya hazırda klinik sınaqlardan keçirilir və ABŞ Qida və Dərman Administrasiyasının (FDA) təsdiqini gözləyir. (Azərtac)