Apple şirkətinə ən çox gəlir qazandıran iPhone smartfonları olub.
FED.az xəbər verir ki, bu haqda Apple-ın məlumatında deyilir.
Eləcə də bax: "Huawei" və "Samsung" "uçur", "Apple" geriləyir – SMARTFON BAZARI
Şirkət bu ilin 4-cü rübündə iPhone-dan 33,362 milyard dollarlıq gəlir əldə edib. Eyni zamanda, şirkət iMac kompüterlərindən 6,991 milyard dollar, iPad planşet kompüterlərindən isə 4,656 milyard dollar qazanıb.
Qeyd edək ki, rüb ərzində şirkətin səhmlərinə olan dividentlər 21 milyard dolları keçib.
Şirkətin analitikləri 2020-ci ilin birinci rübündə gəlirinin 85.5 və ya 89.5 milyard dollar olacağını proqnozlaşdırır. Həmçinin əməliyyat xərclərinə 9.6 və ya 9.8 milyard dollar arasında vəsait xərcləyəcəyini təmin edilir.
TED