Son iki ildə ilk dəfə olaraq 2019-cu ilin 3-cü rübündə dünyanın smartfon bazarında 1%-lik artım var.
FED.az «Canalys» analitik şirkətinə istinadən bildirir ki, bu dövrdə bazarın əsas oyunçularından «Huawei» və «Samsung»un satışları kəskinartıb, «Apple»nin isə satışları azalsa da, bazarda pulu ən çox sonuncu qazanır.
Eləcə də bax:"ApplePay", "SamsungPay" və "GooglePay"ın Azərbaycana gələcəyi - GÖZLƏNİLİR
«Samsung» - 11% artım var
Satılan smartyonların sayına görə, bazarın lideri «Samsung»dur – şirkət 3-cü rübdə 78,9 milyon smartfon satıb ki, bu da ötən ilin eyni dövründəkindən 11% artıqdır. Bazarda «Samsung»un payı 22,4%-dir. «Canalys» bildirir ki, «Samsung» bu göstəriciyə nali olmaq üçün yeni və daha aqressiv kampaniya aparıb. Şirkət köhnə «Galaxy J» xəttini tamamilə yeniləyib, cihazlar daha müasir funksiyalar alıb və qiymət də buna uyğun olub. Bundan başqa, «Samsung» fərqli modellər buraxıb və bəzi modellərin fərqli variantlarını təqdim edib. Məsələn «Galaxy Note10» smartfonunu həm 5G ilə həm də onsuz almaq olar. Bütün bunlar satışları və şirkətin gəlirərin artırıb.
Eləcə də bax: Samsung 50 illik yubileyini "Kontakt home"da qeyd edir - EKSKLÜZIV TƏKLIFLƏR
«Huawei» ABŞ-ın sanksiyalarını «hiss etməyib»
İkinci yerdə olan Huawei isə satışları 29% artıraraq 66,8 milyona qaldırmağı bacarıb. ABŞ-ın şirkətə qarşı sanksiyalarını nəzərə alanda bu əla göstəricidir. Nəticədə Huawei-in bazar payı 19% olub. Yüksək göstəricinin əldə olunmasının əsas səbəbi şirkətin Çindəki satışlarının 66% artması olub. Bununla yanaşı, «Canalys»ın böyük analitiki Ben Stentonun sözlərnə görə, Huawei-in təhlükədən qurtardığını demək hələ tezdir. Çünki şirkətin Çindən kənardakı satışlarının əsas hissəsini hələ ki, köhnə modellər təşkil edir, hansı ki, ABŞ sanksiyaları onlara aid deyil. Məsələn Huawei P30 Lite. Şirkətin qara siyahıya salınmasından sonra buraxılan modellər, məsələn «Mate 30»a gəlincə isə burada qeyri müəyyənlik var. Çünki heç də bütün avropalılar Google servisi olmayan smartfonları almağa hazır deyillər.
«Apple» - satışları azalsa da, hamıdan çox qananır
«Apple» - ilk 3lüyə daxil olan yeganə şirkətdir ki, satışları azalıb. Satışlar 7% azalaraq 43,5 milyona düşüb. Bununla yanaşı, satışların azalma sürəti də 1-ci və 2-ci rüblərə nisbətən zəifləyib. Nəticədə iPhone istehsalçısının dünya bazarında payı 12,3%-ə düşüb. «Canalys»in analitiki Vinsent Tilke deyir ki yeni buraxılan iPhone 11 bəyənilib və əvvəlki modellərdən yaxşı kamera və akuumulyatoru ilə seçilir. Hərçənd indiki model xəttində 5G-li telefon yoxdur və bu «Apple»i rəqibləri qarşısında zəiflədir.
Amma ən maraqlısı odur ki, satışların azalmasına baxmayaraq smartfon bazarındakı mənfəətin böyük hissəsini məhz Apple götürür. Başqa sözlə bütün mənfəətin 80%-i Apple-yə, qalanı isə digər şirkətlərə çatır. Səbəbi iPhone-lərin bahalığı, digər modellərin isə ucuz olmasıdır.
Aksessuar telefondan daha sərfəlidir
Smartfon bazarında digər məqam ondan ibarətdir ki, bazarda təkliflər həddən artıq çoxdur və bunan sonra bazarın sürətli böyüyəcəyi inandırıcı görünmür. Hazırda şirkətlər əsas diqqəti əlavə servis və aksessuarlara yetirirlər. İnvestorlar da bu sahənin əhəmiyyətini başa düşürlər. Nəticədə «Apple»in səhmləri ilin əvvəlindən 54% artıb.
«Samsung» isə başqa yol seçib və alıcılara daha vicdanlı təkliflər edib. Şirkətin hazırkı modelləri daha yaxşı funksiyalara malik olsalar da qiyməiləri deiək rlar ki, artmayıb yəni şirkət texniki inkişafın xərcini alıcıların cibinə yönəltməyib. Ondan fərqli olaraq Apple brendin adından sui-isifadə edərək qacetlərini daha baha qiymətə təklif edir.