“Bloomberg”in jurnalisti Mark Qurman “Apple”ın iPhone 13 mini smartfonunun istehsalından imtina etmək istədiyini təklif edib.
2023-cü ildə ən çox satılan smartfonlar açıqlanıb – TOP 10-LUQ
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, onun fikrincə, şirkət sentyabrın 12-də baş tutacaq iPhone 15-in təqdimatından sonra bu modelin istehsalını dayandıracaq.
Jurnalist bu fikri ABŞ-a iPhone 13 Mini tədarüklərinə əsaslanaraq bildirib. Onun sözlərinə görə, iPhone 13 Mini-dən imtina “Apple” üçün məntiqli bir addım olardı. Belə ki, bu modelin satışları ümumi iPhone 13 tədarükünün cəmi 3%-ni təşkil edir.