“Omdia” analitika şirkətinin mütəxəssisləri 2023-cü ilin birinci yarısında ən çox satılan smartfonları açıqlayıblar.
iPhone 15-in təqdim ediləcəyi - TARİX AÇIQLANDI
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbr verir ki, birinci yerdə iPhone 14 Pro Max qərarlaşıb (26.5 milyon ədəd), onun ardınca iPhone 14 Pro (21 milyon), iPhone 14 (16.5 milyon), iPhone 13 (15.5 milyon), Galaxy A14 (12.4 milyon) və Galaxy S23 Ultra (9.6 milyon) gəlir.
İlk onluğu Galaxy A14 5G (9 milyon), Galaxy A54 5G ( 8.8 milyon), Galaxy A35 5G (7.1 milyon) və qəribə səslənsə də, dörd il əvvəl buraxılmış iPhone 11 (6.9 milyon) tamamlayır.