ABŞ-ın Apple şirkətinin qan şəkərinin ölçülməsi texnologiyası üzrə "Apple Watch "modellərində çoxdan işlədiyi məlumdur. Texnologiya nəhəngi bu mövzuda böyük bir irəliləyiş əldə edib.
“Financial Times": ”Hindistanda istehsal olunan hər ikinci iPhone qüsurlu çıxıb"
FED.az xəbər verir ki, Apple-ın irəliləyişi, həcmi milyardlarla dollar olan qan şəkəri ölçmə cihazları sektorunu alt-üst edə bilər.
Hazırda 10 amerikalıdan 1-i diabetdir və tez-tez qan nümunələri almaq üçün dərini deşən bir cihazdan istifadə edir.
Apple fərqli bir yanaşma tətbiq edir. Tətbiq olunan sistem ilə, lazerlər dərinin altında bir əraziyə işıq salır, daha sonra işıq qlükoza konsentrasiyasını göstərmək üçün sensora əks olunur. Bundan sonra bir alqoritm insanın qan şəkərinin səviyyəsini müəyyənləşdirir.
Son on ildə şirkət, insanın qan şəkərini ölçmək üçün yüzlərlə texnologiyasını sınaqdan keçirib.
Gizli layihə 12 ildir davam edir. Məsələnə yaxın mənbələrə görə, Apple-ın yeni sistemi etibarlı olaraq qəbul edilir.
Şirkət texnologiyanı tətbiq etməyin mümkün olduğunu düşünür, lakin cihaz daha praktik bir ölçüyə endirilməlidir. Mühəndislər cihazı hazırlamaq üçün çalışırlar. (Marja)