“Apple” Hindistanda istehsalın artırılması yolunda bir sıra çətinliklərlə üzləşib.
“Apple” məhsullarının 25%-ni Hindistanda - İSTEHSAL EDƏCƏK
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Financial Times” qəzetinin məlumatına görə, ölkədə istehsal olunan hər ikinci iPhone korpusu qüsurlu çıxıb.
Qeyd edilir ki, “Tata Group” konqlomeratı tərəfindən idarə olunan Hindistan zavodunda iPhone korpuslarının yalnız 50%-i istehsalçının tələblərinə cavab verir.
Hindistanda istehsalın genişləndirilməsi qismən logistika, tariflər və infrastrukturla bağlı problemlər səbəbindən ləngiyir. Xatırladaq ki, “Apple” 2027-ci ilə qədər iPhone istehsalının yarısını Hindistana köçürməyi planlaşdırır.
Ehtimal edilir ki, əgər “Apple” Hindistanda istehsal edilən korpusların keyfiyyəti ilə bağlı problemləri həll etməyə, iPhone 15 istehsalına başlanması təhlükə altında ola bilər.