Apple səhmləri bazar ertəsi günü 255.65 dollara yüksələrək yeni rekord müəyyənləşdirdi.
Apple Çindən qaçır: iPhone-dan sonra AirPods istehsalı Hindistana keçəcək
FED.az xəbər verir ki, analitik Daniel Ives, güclü bayram mövsümü satışları gözləntisi ilə Apple-ın bazar dəyərinin 2025-ci ilin əvvəllərində 4 trilyon dollara çatacağını proqnozlaşdırır.
Ives, iPhone 16-ya qlobal tələbin gözləntilərə uyğun olduğunu və Apple-ın süni intellekt əsaslı yenilənmə dövründən faydalanacağını bildirib. Şirkətin qlobal bazasında 300 milyon iPhone yenilənmə üçün uyğun vəziyyətdədir.
Apple, süni intellekt funksiyalarını tədricən cihazlarına əlavə edir və 2024-cü ilin aprelində Çin bazarına giriş üçün yerli texnologiya tərəfdaşları ilə əməkdaşlığa hazırlaşır. Bu, Apple-ın süni intellekt strategiyasının mühüm mərhələsi olacaq.