Çinli tərəfdaşlarla iş görmək xərcləri həddən artıq artmaqdadır .
FED.az xəbər verir ki , “Apple” Çində öz cihazlarının istehsalını tədricən azaldır: şirkət artıq Hindistanda “iPhone” istehsalına başlayıb, indi isə “AirPod”ların istehsalı da eyni şəkildə miqrasiya edir.
Məlumata görə, Hyderabad yaxınlığında tikilmiş yeni zavod artıq AirPod-ların sınaq istehsalına başlayıb və bu zavodda Apple simsiz qulaqlıqlarının kütləvi istehsalına 2025-ci ilin əvvəlində başlanacaq.
Apple artıq bir neçə ildir ki, öz cihazlarının istehsalını ardıcıl olaraq Çindən başqa ölkələrə köçürür. Hindistan artıq qlobal bazar üçün iPhone istehsal edir və tezliklə AirPodların buraxılışı başlayacaq (qulaqlıqlar artıq qismən Vyetnamda istehsal olunur).
Amma demək olmaz ki, Çini tədricən tərk etmək yalnız Apple-ın öz qərarıdır. Şirkət ABŞ-ın Çinə qarşı gördüyü tədbirlərlə hesablaşmalı olur: yeni seçilmiş prezident Donald Trampın Çindən gələn mallara təklif etdiyi yeni tariflər Çinlə iş aparmağı daha da çətinləşdirəcək.