“Google”, “Android” smartfonlarını avtomobil kamerasına çevirə biləcək funksiya üzərində çalışır.
Azərbaycanda banklar üçün yenilik – ÜZDƏN TANIYIB KREDİT VERƏCƏKLƏR
FED.az xəbər verir ki, "Google Play Store"a yüklənən “Personal Safety” tətbiqinin “Be Prepared” bölməsində təqdim edilən yeni avtomobil kamerası funksiyası ilə smartfonlar yeni sahədə istifadə olunmağa başlayacaq.
Cihaza qoşulduqda əl ilə və ya avtomatik olaraq aktivləşdirilə bilən bu funksiya sayəsində kamera aktiv ikən smartfon rahat şəkildə istifadə edilə bilər.
Bundan əlavə, avtomobil kamera rejimi ekran sönük olduqda belə videoların çəkilişini davam etdirməyə imkan verəcək. Çəkilən videoların dəqiqədə 30 MB yer tutacağı və maksimum 24 saata qədər çəkiliş limitinin olduğu bildirilir. (Trend)