Dünyanın ən böyük elektron ticarət şirkəti olan «Amazon»un səhmləri və bazar dəyəri iyul ayından indiyədək 1 trilyon dollardan çoc aşağı düşüb.
Eləcə də bax: Amazon 1 trilyon dollar dəyər itirən - İLK ŞİRKƏT OLDU!
FED.az xəbər verir ki, 2021-ci ilin iyulunda bazar dəyəri 1,88 trilyon dollar olan şirkətin səhmləri ucuzlaşdıqca bazar dəyəri də aşağı düşüb və 2022-ci ildə ən yüksək hədd olaraq 1,68 trilyon dollar olub. Bundan sonra ucuzlaşma sürətlənib və dekabrın 22-də «Amazon»un bazar dəyəri 885 milyard dollara enib.
Şirkətin səhmlərinin qiyməti isə 2021-ci ilin iyulundakı maksimum hədd olaraq 187 dollardan bu gün 86 dollara enib.
Azalmaya səbəb son dövrlər şirkətin gəlir və mənfəət göstəricilərinin aşağı düşməsi olub. Sonnucu dəfə belə ucuzlaşma 2022-ci ilin 3-cü rübünün nəticələri ilə bağlı hesabatdan sonra baş vermişdi.