Dünyanın ən böyük e-ticarət şirkəti Amazon-un bazar dəyəri 1 trilyon dollardan çox azalıb.
Eləcə də bax: “Meta” 11 min işçini - İXTİSAR EDİB
FED.az xəbər verir ki, Amazon bir müddətdir ki, maliyyə cəhətdən yaxşı vəziyyətdə deyil. Açıqlanan rəqəmlər gözləntilərdən aşağı olub. Qlobal inflyasiya ilə sərtləşdirilən pul siyasətləri də (faizlər artırılır - red) bunlara əlavə olunduqda qaçılmaz vəziyyət reallaşıb.
2021-ci ilin iyul ayında Amazonun bazar dəyəri rekord səviyyəyə - 1 trilyon 880 milyard dollara çatmışdı. Ötən gün birjanın bağlanması ilə Amazonun bazar dəyərində "ərimə" 879 milyard dollara çatıb. QIsası, şirkətin bazar dəyəri 1 trilyon 1 milyard dollar azalıb.
Digər texnologiya nəhənglərində də vəziyyət fərqli deyil. Məsələn, Microsoft-un ucuzlaşması 900 milyard dollar səviyyəsindədir. ABŞ-ın 5 ən dəyərli texnologiya şirkəti 2022-ci ildə 4 trilyon dollar dəyər itirib. (Marja)