“Vergi Məcəlləsinə dəyişikliklərin edilməsi ilə bağlı əlimizdə layihə var”.
Eləcə də bax: Azərbaycanda medianın maliyyələşdirilməsi şərtləri dəyişəcək - MÜSAHİBƏ
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov bir sıra media subyektlərinin rəhbər və nümayəndələri ilə görüşdə deyib.
Onun sözlərinə görə, sənəd özündə 5 illik vergi güzəştlərini ehtiva edir: “Biz istəyirik ki, sənəd “Media haqqında” qanunla birlikdə müzakirə edilərək qəbul olunsun”.