Azərbaycanda açıq məkanlarda yerləşdirilən reklamların yeni qiymətləri müəyyənləşib.
Eləcə də bax: Azərbaycanda reklama görə dövlət rüsumları - DƏYİŞDİRİLİR – YENİ MƏBLƏĞLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, Dövlət Reklam Agentliyindən verilən məlumata görə, açıq məkandakı reklam ekosisteminin inkişaf etdirilməsi, həm estetik görünüş, həm də funksionallıq baxımından müasir tələblərə uyğunlaşmaq üçün rəqəmsal reklam daşıyıcılarından istifadənin stimullaşdırılması qərara alınıb.
"İnkişaf etmiş ölkələrdəki kimi elektron monitor, tablo və digər reklam daşıyıcılarından daha çox istifadə olunsun deyə artıq bununla bağlı qanunvericiliyə bəzi dəyişikliklər də edilib. İndi rəqəmsal reklam daşıyıcılarından istifadə edən sahibkarlar onun ölçüsündən asılı olaraq daha az dövlət rüsumu və yayım haqqı ödəyəcəklər. Dəyişiklikdən əvvəl isə hesablama zamanı müasir tələblərə cavab verən bu qurğuların ölçülərinə görə aşağı məbləğ nəzərdə tutulmurdu", - agentlikdən bildirilib.
Qeyd edək ki, açıq məkandakı reklamlarla bağlı Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanına və “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər edilib.
Açıq məkanda elektron daşıyıcılarda reklam yayımına görə haqqın hesablanma qaydası
Açıq məkanda reklam yayımına görə haqq hər ay reklamın 1 kvadratmetri üçün reklam daşıyıcısı üzrə aşağıdakı məbləğdə hesablanır:
Sıra nömrəsi |
Reklam daşıyıcısının növü |
Reklam yayımına görə haqq (manatla, ƏDV-siz) |
3.1.2. |
Elektron (rəqəmsal) daşıyıcılar (monitor, ekran, tablo və s.) |
|
1. |
20 kvadratmetrədək olduqda |
hər kvadratmetrinə görə 12,0 |
2. |
50 kvadratmetrədək olduqda |
240 manat + 21 – 50 kvadratmetrlik hissəsinin hər kvadratmetrinə görə 9,0 |
3. |
100 kvadratmetrədək olduqda |
510 manat + 51 – 100 kvadratmetrlik hissəsinin hər kvadratmetrinə görə 7,0 |
4. |
100 kvadratmetrdən artıq olduqda |
860 manat + 100 kvadratmetrdən artıq olan hissəsinin hər kvadratmetrinə görə 5,0 |
Açıq məkanda elektron daşıyıcılarda reklam yerləşdirilməsinə icazə verilməsi üçün tutulan dövlət rüsumunun dərəcələri
Dövlət rüsumu tutulmalı olan hərəkətlər |
Dövlət rüsumunun məbləği |
33-1.2. Elektron (rəqəmsal) daşıyıcılar (monitor, ekran, tablo və s.) : |
|
33-1.2.1. 20 kvadratmetrədək olduqda |
hər kvadratmetrinə görə 50 manat |
33-1.2.2. 50 kvadratmetrədək olduqda |
1000 manat + 21-50 kvadratmetrlik hissəsinin hər kvadratmetrinə görə 15 manat |
33-1.2.3. 100 kvadratmetrədək olduqda |
1450 manat + 51-100 kvadratmetrlik hissəsinin hər kvadratmetrinə görə 10 manat |
33-1.2.4. 100 kvadratmetrdən artıq olduqda |
1950 manat + 100 kvadratmetrdən artıq olan hissəsinin hər kvadratmetrinə görə 5 manat |