ABŞ-ın Ədliyyə Nazirliyi Çinlə gizli əlaqələrə görə “Zoom” ilə bağladığı 15 milyard dollarlıq müqaviləni müvəqqəti olaraq dayandırıb. Xatırladaq ki, müqavilə “Five9” proqram təminatçısının alışını nəzərdə tuturdu.
Eləcə də bax: «Zoom»un rüblük gəlirləri ilk dəfə – 1 MİLYARD DOLLARI KEÇDİ
FED.az Banker.az-a istinadən xəbər verir ki, Amerikanın “Team Telecom” komissiyasına görə, müqavilə ABŞ-ın milli təhlükəsizliyini təhdid edir. Müqaviləni tamamlamaq üçün “Zoom” telekom-tənzimliyicidən icazə almalıdır.
Qeyd edək ki, “Zoom” daha əvvəl də Çin hökuməti ilə əlaqədə ittiham olunub. Məsələn, 2020-ci ilin aprel ayında Kanadada şirkətin istifadə məlumatlarına çıxışı olduğunu bildirən araşdırma yayılıb. Danışıqlar Çin serverləri vasitəsilə həyata keçirilib, inkişafetdiricilərin bir qismi isə ÇXR-də yaşayıb.
2020-ci ilin dekabr ayında ABŞ-ın Ədliyyə Nazirliyi “Zoom” şirkətinin bir neçə əməkdaşını Çin Daxili Təhlükəsizlik Departamenti ilə əməkdaşlıqla günahlandırıb. Departamentdən verilən məlumata görə, şirkət Çin səlahiyyətlilərinə istifadəçi məlumatlarını təqdim edib və Si Tsinpin rejiminin əleyhdarları arasında danışıqların qarşısını alıb.
“Zoom” “Five9” xidmətini almaq üçün Federal Rabitə Komissiyasına müraciət edib. Şirkət 2022-ci ilin ortalarına qədər təsdiq almağı gözləyib. Lakin Ədliyyə Nazirliyi müqavilə ilə əlaqədar araşdırmanın başa çatmasına qədər qərarı təxirə salmağı tələb edib. İdarədən verilən məlumata görə, alqı-satqı milli təhlükəsizlik üçün təhdid yaradır.
Daha əvvəl Çin hökumətinin maliyyə mövzusuna həsr olunmuş bloq və saytları kütləvi şəkildə bloklamağa başladığı məlum olub. Rəsmilər əsasən Çin iqtisadiyyatının perspektivlərinə şübhə ilə yanaşan və bu mövzuda bədbin xəbərlərə xüsusi diqqət yetirir.