ABŞ-ın Montana ştatında "TikTok" da daxil olmaqla "ByteDance" şirkətinin bütün xidmətləri bütün sakinlərə qadağan edilib.
İsveç MN əməkdaşlarına “TikTok”dan istifadəni - QADAĞAN EDİB
FED.az xəbər verir ki, qərara əməl etməyənlərə qarşı ciddi cərimələr tətbiq olunacaq.
Qanun 1 yanvar 2024-cü ildən qüvvəyə minəcək.
Qeyd edək ki, "TikTok" uzun müddətdir ki, dünyanın bir çox yerində, xüsusən də ABŞ-da və Avropa Birliyi ölkələrində mübahisəli məqamdadır. Tətbiqin sahibi olan "ByteDance" şirkətinin Çin hökuməti ilə əməkdaşlıq etdiyi düşünülür. ABŞ və Kanadadakı, eləcə də Avropa Birliyindəki bəzi dövlət qurumları öz işçilərinə "TikTok"dan istifadəni qadağan ediblər. (Trend)