ABŞ-da səhm bazarı iyun ayının əvvəllərindən bəri ən böyük enişini yaşayıb.
Eləcə də bax: “Apple” - 180 MİLYARD DOLLAR İTİRDİ
FED.az xəbər verir ki, ABŞ-ın əsas fond indeksləri cümə axşamı sövdələşmələri ciddi enişlə bağlayıb. “Dow Jones” indeksi 2,78%, “S&P 500” 3,51%, “Nasdaq” isə 4,96% geriləyib.
Çöküşün rekordçuları arasında qiymətləri 8% düşən “Apple” da var. IT nəhənginin iki trilyon ABŞ dollarından çox kapitallaşmasını nəzərə alsaq, bu azalma 180 milyard ABŞ dolları məbləğinə bərabərdir. ABŞ-ın digər IT şirkətləri də qiymətdə əhəmiyyətli eniş göstərib: “Microsoft”un səhmləri 6,19%, “Google”unku 5%, “Amazon”unku 4,63%, “Facebook”unku 3,76%, “Tesla”nınkı isə 9% -dən çox dəyər itirib.
“Apple” və “Microsoft” əvvəlki antirekordu mart ayında qeydə alınmışdı. Şirkətlər ümumilikdə 150 milyard ABŞ dolları dəyər itirmişdi. (Report)