Feysbuk əməkdaşları 2021-ci ilə qədər məsafədən işləyə biləcəklər.
Eləcə də bax: ABŞ "TikTok"un rəqibini - İŞƏ SALDI
FED.az xəbər verir ki, şirkət COVİD-19 pandemiyası fonunda işçilərinə evdən çalışmağa imkan verən ABŞ-ın sonuncu texnologiya nəhəngi olub.
“Səhiyyə ekspertlərinin tövsiyələri, eləcə də bu məsələlər üzrə daxili müzakirələrimiz zamanı qəbul edilən qərarlar nəzərə alınmaqla, işçilərin 2021-ci ilin iyul ayına qədər könüllü şəkildə evdən işləməyə davam etməsinə imkan verilir", — deyə şirkət nümayəndəsinin bəyanatında deyilir.
Bundan əlavə, Feysbuk hər əməkdaşına evdə ofis şəraitini yaratmaq üçün min ABŞ dolları ayıracaq. (TED)