Səudiyyə Ərəbistanı şirkəti İngiltərənin "Çelsi" klubunu ala bilər.
Eləcə də bax: Böyük Britaniya 7 rusiyalı iş adamını - "Qara Siyahı"ya Saldı
FED.az xəbər verir ki, "Saudi Media Group" London təmsilçisinə sahib olmaq üçün rəsmi təklif də göndərib.
"Zadəganlar" 3,5 milyard ABŞ dolları məbləğində rəsmi təklif alıb.
Şirkətin sahibi Məhəmməd Alkereyci "Çelsi" azarkeşidir. "Saudi Media Group"un yerli hökumətlə əlaqəsi yoxdur. Satış gerçəkləşəcəyi təqdirdə, klubda yeni titul sponsoru olacaq. Bu, ya Səudiyyə Ərəbistanının NEOM şirkəti, ya da yeni milli aviaşirkət olacaq.
Qeyd edək ki, Roman Abramoviç fevralın 26-da klubun idarəçiliyini "Çelsi" Xeyriyyə Fondunun qəyyumlarına təhvil verib. Martın 2-də isə o, klubu satmaq niyyətində olduğunu açıqlayıb. (Report)