“Neftçi”nin Müşahidə Şurasının yeni sədri bəlli olub.
"Neftçi" futbol klubu - BÖYÜK ZƏRƏRLƏ İŞLƏYİR - 3,5 MİLYON MANAT İTİRİB - HESABAT
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, AFFA prezidenti seçildikdən sonra Bakı klubundakı postundan gedən Rövşən Nəcəfi Hafiz Zeynalov əvəz edib.
H.Zeynalov SOCAR-ın aparat rəhbəridir.
Həmçinin “Neftçi”yə yeni icraçı baş direktor təyin edilib. Bu vəzifə türkiyəli funksioner Cenk Sümerə tapşırılıb.
C.Sümer daha öncə İstanbul nəhənglərindən biri “Beşiktaş”ın idarəetmə sistemində yenidənqurma və inkişaf, futbol idarəçiliyi, marketinq və biznesin inkişafı departamentlərində rəhbər vəzifələrdə fəaliyyət göstərib və klubun vitse-prezidenti vəzifəsini tutub.
Bununla yanaşı, “Neftçi” PFK-nın yeni Müşahidə Şurası təsdiqlənib.
Müşahidə Şurasının sədri Hafiz Zeynalov, üzvləri isə Emin Əmrullayev, Orxan Sultanov, Fərid Hacıyev, Emil Alxaslı, Bəxtiyar Aslanbəyli və Afaq Məmmədova seçilib.