Məşhur futbolçu Kriştianu Ronaldunun İngiltərənin «Mançester Yunayted» klubuna keçidi təkcə fanatları sevindirməyib.
Eləcə də bax: Ronaldunun hərəkəti «Coca-Cola»ya «od qoyub» - 4 MİLYARD DOLLAR ZƏRƏR
FED.az xəbər verir ki, transfer barədə xəbər yayılan kimi klubun səhmləri də bahalaşıb, birjada «Mançester»in səhmləri ətrafında ajiotaj başlayıb.
Klub Ronaldunun transferini elan edəndə birjada səhmin qiyməti 18,08 dollar idi. Xəbər təsdiqlənən kimi birjada ajiotajbaşlayıb – «Mançester»in səhmlərinin alqı-satqısı kəskin artıb, qiymətlər də yüksəlib. Qısa müddətdə klubun səhmləri 18,47 dollara, 18,65 dollara, daha sonra 19,09 dollara qalxıb. Günün sonunda isə qiymətlər 18,29 dollarda sabitləşib.
Nəticədə klubun səhmləri günün müxtəlif vaxtlarında 9-11% bahalaşıb. Və bu da ümumilikdə klubun bazar qiymətini 250 milyon dollar artırıb.
İnvestorlar və adi alıcılar Ronaldunun kluba keçməsinin klubun həm idman göstəricilərinə, həm də iqtisadi vəziyyətinə müsbət təsir göstərəcəyinə inanırlar.
Futbolçu ilə müqavilə 2 illiyə bağlanıb və Runaldu ildə 29 milyon dollar qazanacaq.
Yeri gəlmişkən, Ronaldu bu il dünya birjasına artıq ikinci dəfədir ki, ciddi təsir edir. İyun ayında futbol üzrə Avropa Çempionatı (Eiro-2020) zamanı portuqaliyalı bir hərəkəti ilə «Coca-Cola»nın səhmlərini 1,6% aşağı salmışdı. Həmin vaxt Ronaldu mətbuat konfransı zamanı «Coca-Cola» içkisini masanın üzərindən yığışdırmış və ətrafdakılara «Kola» içməkdənsə, su içməyi məsləhət görmüşdü. Nəticədə «Coca-Cola» bu hadisədən 4 milyard dollar itirmişdi.