“Çelsi” futbol klubunun satışı ilə bağlı təklif müddəti başa çatdığından, kluba üç rəsmi təklifin daxil olduğu bildirilir.
Eləcə də bax: Səudiyyə Ərəbistanı şirkəti "Çelsi" üçün 3,5 milyard dollar - TƏKLİF EDİB
FED.az xəbər verir ki, ingilis podratçısı Nick Candy-nin rəhbərlik etdiyi konsorsium, "Chicago Cubs"ın sahibi Ricketts ailəsi və Ser Martin Broughton və Lord Sebastion Coe dueti rəsmi iddiaçılar olub.
ABŞ-ın "Raine Group" bankı Böyük Britaniyada rusiyalı oliqarx Roman Abramoviçə qarşı sanksiya qərarından əvvəl satış prosesini idarə edirdi.
“Çelsi” klubunun sahibi, məşhur rusiyalı milyarder Roman Abramoviçə sanksiyalar elan olunmasından sonra martın əvvəlində rəhbərliyi klubu satışa çıxardığını açıqlayıb.
Britaniya yeni sanksiya paketinə Roman Abramoviçi də əlavə edərək, məşhur milyarderin ölkədəki bütün var-dövlətinin müsadirə olunduğunu açıqlayıb. (Marja)