“Qəbələ” İdman Klubunun taleyinə aydınlıq gəlib.
FED.az xəbər verir ki. bu gün təşkil olunan mətbuat konfransında klubun yeni sponsorunun adı açıqlanıb.
Eləcə də bax: "Gilan Holdinq" futbol klubundan imtina edir - "QƏBƏLƏ" SPONSORSUZ QALIR
“Qəbələ”nin yeni tərəfdaşı “Jalə” Şirələri olacaq.
Qeyd edək ki, 1995-ci ildə Xanların “Göy-Göl” klubu kimi yaradılan klubun adı 2005-ci ildə dəyişdirilərək “Gilan” qoyulub. Azərbaycan çempionatının 2005/06 mövsümündə birinci dəstənin qalibi olan komanda yüksək liqaya vəsiqə qazanıb. 2006-cı ildə burada debütdən öncə “Gilan” Xanlardan Qəbələyə köçürülüb və həmin vaxtdan bu şəhəri təmsil edir. 2007-ci il avqustun 31-də “Gilan” PFK adı “Qəbələ” İK adı ilə dəyişdirilib. Klub tarixi ərzində Azərbaycan kubokunu (2018/19), Azərbaycan Premyer Liqasının gümüş (2016/17, 2018/18) və bürünc (2013/14, 2014/15, 2015/16) mükafatlarını qazanıb. “Qəbələ” ardıcıl iki dəfə (2015/16, 2016/17) Avropa Liqasının qrup mərhələsinə yüksəlib.
Apa