Azərbaycan Kubokunun qalibi olan "Qəbələ" sponsorsuz qalır.
FED.az biznes portalı Football24.az-a istinadən xəbər verir ki, klubun baş himayədarı olan "Gilan Holding" 2020-ci ilin yanvarın 1-də maddi sponsorluğunu dayandıracaq.
Abdolbari Goozal: “Azersun Holding”in gəlirləri azalsa da, “Qarabağ” klubuna ödəmələr azalmayacaq”
Bununla da "Qəbələ" cari mövsümün ikinci yarısına planlaşdıırlan bütün büdcədən məhrum qalacaq.
Niyə "Gilan Holding" sponsorluluğu məhz yanvardan dayandıracaq? Məsələ ondadır ki, futbolda klubun büdcəsi mövsüm üçün müəyəynləşdirilsə də, "Gilan Holding" kimi kommersiya təşkilatlarında illik tərtib olunur. Yəni, yavnarın əvvəlindən dekabrın sonunadək. Buna görə də "Qəbələ" artıq qış fasiləsində tarixin yaddaşına köçə bilər.
Eləcə də bax: Futbolçu neçə yaşından pul qazanmağa başlayır? – MÜSAHİBƏ
Əsası 1995-ci ildə qoyulan "Qəbələ" 2006-cı ildən fasiləsiz Premyer Liqada çıxış edir. "Qırmızı-qaralar" Azərbaycanda ardıcıl 2 il Avropa Liqasında mübarizəyə ilk mərhələdən başlayaraq qrupa düşən yeganə klubdur.
Eləcə də bax: Azərbaycanda futbol klubu - LƏĞV OLUNDU – AÇIQLAMA