Azərbaycanın UEFA Çempionlar Liqasındakı yeganə təmsilçisi - Ağdamın «Qarabağ» komandası növbəti parlaq qələbəsini qazanıb.
Azərbaycanda ən çox və ən az gəliri olan - FUTBOL KLUBLARI (PFL) - SİYAHI
«Qarabağ» 2 ildir sponsor pullarından - İSTİFADƏ ETMİR – KLUB – KLUBLAR, MƏBLƏĞLƏR
«Qarabağ» futbol klubunun səhmləri – SATIŞA ÇIXARILDI – QİYMƏT
Ağdamlılar avqustun 9-da Macarıstanda Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Budapeştdə, «Groupama Arena»da yerli «Ferentsvaroş» klubu ilə cavab oyununda qarşılaşıb. Xatırladaq ki, Bakıda keçirilən ilk oyun 1-1 hesabı ilə başa çatmışdı.
Budapeştdə keçirilən oyunda «Qarabağ» 3-1 hesabı ilə rəqibinə qalib gəlib. Hesab oyuünun 7-ci dəqiqəsində açılıb, (Abdullah Zubir). 54-cü və 78-ci dəqiqələrdə «Qarabağ» daha 2 qol vurub (İbrahom Vadji), 86-cı dəqiqədə «Ferençvaroş» qollardan birinin əvəzini çıxıb (Traore Adama).
Oyunun nəticəsi olaraq «Qarabağ» Çempionlar Liqasının pley-off-una vəsiqə qazanıb, burada onların rəqibi Çexiyanın «Viktoriya» (Plzen) komandası olacaq. Çexlər bu mərhələyə çıxmaq üçün Moldovanın «Şerif» klubuna qalib gəliblər.
«Qarabağ» klubu «Viktoriya»nı keçsə Çempionlar Liqasının Qrup mərhələsinə adlayacaq. Ağdam klubu pley-off-da uduzacağı halda isə UEFA-nın digər nüfuzlu turniri - Avropa Liqasının qrupunda oynayacaq. Bu qarşılaşmada ilk oyun avqustun 23-də Bakıda keçiriləcək.
Hələliksə, indiyədək qazanılar qələbələr və keçilən mərhələ sayəsində «Qarabağ» klubunun UEFA-dan qazancı isə 5 milyon avro təşkil edir.
Xatırladaq ki, «Qarabağ» klubunun sponsoru Azərbaycanın ən böyük biznes qruplarından olan «Azersunr Holdinq»dir. Klubun prezidenti isə Tahir Gözəldir.