Ağdamın «Qarabağ» klubu son iki ildə sponsorlardan ödəniş almayıb.
Eləcə də bax: “Qarabağ”ın qazancı - 6 MİLYONA YAXINDIR
FED.az xəbər verir ki, son iki ildə «Qarabağ» klubunun gəlirləri yalnız oyunların nümayiş hüquqlarının satışından daxil olub. Bu məbləğ 2020-ci ildə 11,9 milyon manat, 2021-ci ildə isə 15,9 milyon manat təşkil edib.
Müqayisə üçün bildirək ki, 2020-2021-ci illərdə «Neftçi» klubu öz sponsorlarından müvafiq olaraq 7,9 milyon manat və 9,1 milyon manat vəsait alıb.
Sponsorlarından böyük vəsait alan klublardan biri də «Sabah» klubudur. 2020-2021-ci illərdə bu klub sponsorlardan müvafiq olaraq 4,3 milyon manat və 5,7 milyon manat vəsait alıb.
«Zirə» klubunda bu məblətlər 3,6 milyon manat və 4,4 milyon manatdır.
«Səbail» klubunda sponsplardan alınan məbləğ 2020-2021-ci illərdə 375 min manat və 771 min manat təşkil edib.
«Sumqayt» klubunda isə bu məbləğlər 2020-ci ildə 424 min manat, 2021-ci ildə isə 2 milyon 917 min manat olub.
«Qəbələ» klubu isə sponsorlarından 2020-2021-ci illərdə 296 min manat və 157 min manat vəsait alıb.