Ərəb milyardçıları İngiltərə Premyer liqasının daha bir klubunu satın alıblar.
Eləcə də bax: SOCAR Avropada futbol klubunun - Sponsoru Oldu
FED.az xəbər verir ki, Nyukasl şəhərinin eyni adlı klubu 300 milyon funt sterlinqə Səudiyyə Ərəbistanın Fonduna satılıb. Fondun sahibi isə Səudiyyə Ərəbistanının faktiki rəhbəri Məhəmməd ibn Salmandır.
Amma klubu ərəblər deyil, keçmiş model və idmançı xanım Amanda Steyvli idarə edəcək.
Klubun əvvəlki sahibi, onu 2007-ci ildə almış və indiyədək fanatlarla yola gedə bilməyən Maykl Eşli onu məmnuniyyətlə satıb.
«Nyukasl» klubunun yeni sahibi ibn Salman «Mançester Siti»nin sahibindən 14 dəfə çox varlıdır. 23 milyard dollara qarşı – 320 milyard dollar.
Əslində ərəblər «Nyukasl» klubunu hələ iki il əvvəl almaq istəyiblər. Amma o vaxt səudiyyə şahzadəsinin reputasiyası olduqca pis idi. Jurnalistin qətli və digər məsələlərə görə, ittiham olunan şahzadəyə ingilis klubunun satılması düzgün olmazdı. İndi isə bu məsələlər bir qədər unudulub. Elə klubun alınması da reputasiyanı yaxşılaşdırmaq üçün tələb olunur.
Ən əsası, ingiltərəf premyer liqası yazılı təminat alıb ki, şahzadə Məhəmməd ibn Salman klubun işinə qarışmayacaq. Kluba yalnız investisiya fondu və minoriter səhmdarlar rəhbərlik edəcək. Bu razılaşmanın istənilən pozuntusu direktorların işdən kənarlaşması ilə nəticələnəcək.
Bundan sonra klubun səhmlərinin 80%-i Ərəb Fonduna, 10% isə Amanda Steyviyə məxsus olacaq. Maraqlıdır ki, keçmiş gimnast olan Amanda Steyvli vaxtında idmandan ayrılaraq biznesə keçib. Onun Abu-Dabi-də «PCP Capital Partners» adlanan investisiya şirkəti var. İngiltərə futbol klublarının ərəblərə satışı üzrə indiyə qədər də vasitəçi olub. Məsələn, 2009-cu ildə «Mançeester Siti» klubunun şeyx Mansura satışını o təşkil edib və bundan azı 30 milyon funt sterlinq faiz götürüb. Yeri gəlmişkən, o bir qədər əvvəl
«Liverpul»u da ərəblərə satmaq istəyib, amma bu baş tutmayıb.