Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rumıniyanın “Universitatya” (Kluj) futbol klubunun sponsoru olub.
Eləcə də bax: Azərbaycan klubları son 10 ildə transferlərə - 12,9 Milyon Dollar Xərcləyib
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə xəbəri Rumıniya təmsilçisi rəsmi saytı vasitəsi ilə açıqlayıb.
“Neft və təbii qazın hasilatı, emalı və nəqli sahəsində dünya liderlərindən biri olan SOCAR, bu gündən etibarən “Universitatya”nın yeni sponsorudur” - məlumatda qeyd olunub.
Bu barədə klub saytına SOCAR-ın Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimov da açıqlama verib. O bildirib ki, neft şirkəti Rumıniya futbolu ilə birlikdədir və şirkət bu əməkdaşlıq sayəsində “Universitatya”nı dəstəkləyəcək.
Klubla SOCAR arasında imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, “Universitatya” hazırda Rumıniyanın ikinci divizionunda çıxış edir. Kluj təmsilçisi 8 oyundan sonra 18 xal toplayaraq 20 komanda arasında 4-cü pillədə qərarlaşıb.
Onu da əlavə edək ki, SOCAR Azərbaycanda “Neftçi” futbol klubunun baş sponsorudur.