Dünyasını dəyişmiş argentinalı əfsanəvi futbolçu Dieqo Maradonanın ay ərzində xərclədiyi məbləğ bəlli olub.
FED.az xəbər verir ki, keçmiş yarımmüdafiəçinin aylıq xərcləri 100 min avronu ötüb. Bu məbləğin hər ay Maradonanın hesabından silindiyi bildirilir.
Eləcə də bax: Dünyanın ən çox qazanan futbolçuları məlum oldu - SİYAHI
Onun, böyük ehtimalla, 50 ailənin xərclərini ödədiyi vurğulanır.
Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında vəfat edib. Onun xroniki ürək çatışmazlığından qaynaqlanan kəskin ağciyər ödəmi nəticəsində öldüyü bildirilib.(Report)