"Forbes" jurnalı 2020-ci ilin ən çox qazanan futbolçularının siyahısını açıqlayıb.
Eləcə də bax: Azərbaycanda futbolçulara ən çox və ən az – PUL ÖDƏYƏN KLUBLAR, SİYAHI
FED.az xəbər verir ki, reytinqə Argentina millisinin və İspaniyanın "Barselona" klubunun kapitanı Lionel Messi başçılıq edir.
Reytinqdə ilk "10-luq"da aşağıdakı futbolçular yer alıb:
1. Lionel Messi ("Barselona") - 126 milyon ABŞ dolları;
2. Kriştianu Ronaldu ("Yuventus") - 117 milyon ABŞ dolları;
3. Neymar (PSJ) - 96 milyon ABŞ dolları;
4. Kilian Mbappe (PSJ) - 42 milyon ABŞ dolları;
5. Məhəmməd Salah ("Liverpul", İngiltərə) - 37 milyon ABŞ dolları;
6. Pol Poqba ("Mançester Yunayted", İngiltərə) - 34 milyon ABŞ dolları;
7. Antuan Qrizmann ("Barselona") - 33 milyon ABŞ dolları;
8. Qaret Beyl ("Real Madrid", İspaniya) - 29 milyon ABŞ dolları;
9. Robert Levandovski ("Bavariya", Almaniya) - 28 milyon ABŞ dolları;
10. David De Xea ("Mançester Yunayted") - 27 milyon ABŞ dolları. (Modern)