Azərbaycanda Peşəkar Futbol Liqasında (PFL) iştirak edən futbol klublarının maliyyə vəziyyəti açıqlanıb.
Eləcə də bax: Azərbaycanda mənfəət və zərərlə işləyən – FUTBOL KLUBLARI – SİYAHI
FED.az İDMAN ölkənin əsas futbol klublarının iqtisadi göstəricilərini təqdim edir.
2020-ci ilin sonuna olan vəziyyətə aktivlərinin həcminə görə, ölkənin ən böyük klubu «Qarabağ»dır, sonrakı yerləri «Qəbələ» və «Neftçi» tutur, PFL-in digər 3 komandasının aktivləri 1 milyon manatdan aşağıdır.
«Keşlə» klubunda isə aktivlərin məbləği ümumiyyətlə qeyri-ciddi məbləğdə - 16 min manatdır.