Azərbaycanda Peşəkar Futbol Liqasında (PFL) iştirak edən futbol klublarının maliyyə vəziyyəti açıqlanıb.
Azərbaycanda ən çox gəliri olan – FUTBOL KLUBLARI (PFL_2021) – SİYAHI
FED.az İDMAN ölkənin əsas futbol klublarının iqtisadi göstəricilərini təqdim edir.
Klubların hesabatlarına əsasən, 2021-ci ildə ölkənin 8 əsas futbol klubundan 2-nin gəlirləri azalıb, 6 klubun gəlirləri artıb.
2021-ci ildə gəlirlərin ciddi artımı «Sumqayıt» klubunda qeydə alınıb. Təqribən 4 dəfəlik artımdan sonra Sumqayıt klubunun illik gəliri 4,4 milyon manatı keçib. "Neftçi", "Qəbələ" və "Qarabağ" klublarının gəlirləri də artıb.
«Səbail» və «Şamaxı» klublarının gəlirləri isə müvafiq olaraq 30% və 11% azalıb.