Azərbaycanda Peşəkar Futbol Liqasında (PFL) iştirak edən futbol klublarının maliyyə vəziyyəti açıqlanıb.
Azərbaycanda gəlirlərin artıb-azaldığı - FUTBOL KLUBLARI (PFL_2021) – SİYAHI
FED.az İDMAN ölkənin əsas futbol klublarının 2021-ci il üzrə iqtisadi göstəricilərini təqdim edir.
FED.az-ın hesablamalarına görə, 2021-ci ildə ölkənin 8 əsas futbol klubu ümumilikdə 54 milyon 872 min manat gəlir əldə ediblər.
Bu məbləğin 62%-i 2 klubun - «Qarabağ» və «Neftçi»nin payına düşüb.
2021-ci ildə ölkədə ən çox gəlir əldə edən klub ölkə futbolunun flaqmanı sayılan «Qarabağ» olub. Ən az gəlir isə «Səbail» klubunda qeydə alınıb.
Ümumi məbləğin 30%-i «Qarabağ» klubunun, 25%-i «Neftçi» klubunun gəlirləridir. Digər 6 klubun gəlirləri 24,8 milyon manat olub.