Azərbaycanda Peşəkar Futbol Liqasında (PFL) iştirak edən futbol klublarının maliyyə vəziyyəti açıqlanıb.
Azərbaycanda ən çox gəliri olan – FUTBOL KLUBLARI (PFL) – SİYAHI
FED.az İDMAN ölkənin əsas futbol klublarının iqtisadi göstəricilərini təqdim edir.
Klubların hesabatlarına əsasən, 2020-ci ildə ölkənin 8 əsas futbol klubundan 6-nın gəlirləri azalıb.
2020-ci ildə gəlirlərin yeganə ciddi artımı «Sumqayıt» klubunda qeydə alınıb. Təqribən 3 dəfəlik artımdan sonra Sumqayıt klubunun illik gəliri 1 milyon manatı keçib.
Gəlirlərin ən kəskin azalması «Qəbələ» klubunda qeydə alınıb. Qəbələ komandasının gəliri iki dəfədən çox azalaraq 4,4 milyondan 2 milyon manata düşüb.
«Qarabağ»ın gəlirləri 41%, «Səbail»in gəlirləri isə 37% azalıb. «Neftçi» isə gəlirlərinin 4-də birini itirib.
«Sabah» klubunun gəlirləri demək olan dəyişməyib və 2019-cu ildəki kimi qalıb.