Azərbaycanda Peşəkar Futbol Liqasında (PFL) iştirak edən futbol klublarının maliyyə vəziyyəti açıqlanıb.
Azərbaycanın ən böyük və ən kiçik – FUTBOL KLUBLARI (PFL) – SİYAHI
FED.az İDMAN ölkənin əsas futbol klublarının iqtisadi göstəricilərini təqdim edir.
Klubların hesabatlarına əsasən, 2020-ci ildə ölkənin 8 əsas futbol klubu ümumilikdə 42 milyon manatdan artıq gəlir əldə ediblər.
Bu məbləğin təqribən 70%-i 3 klubun payına düşüb.
Ümumi məbləğin 30%-i «Qarabağ» klubunun, 22%-i «Neftçi» klubunun, təqribən 15%-i «Sabah» klubunun gəlirləridir. Digər 5 klubun gəlirləri 14 milyon manatdır.
Maraqlıdır ki, «Qarabağ» FK-nin gəlirlərinin böyük hissəsi yayım haqlarından, «Neftçi» və digər klubların gəlirlərinin böyük hissəsi isə sponsorlarının ödənişlərinin payına düşür.