Azərbaycanda aktivlərinin artım-azalma dinamikasına görə, premyer-liqanın böyüyən və kiçilən futbol klubları məlum olub.
Azərbayanın ən böyük və ən kiçik futbol klubları – SİYAHI, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, premyerliqada çıxış edən 10 klubdan 6-da aktivləri nartımı, yəni böyümə, 4 klubda isə azalma baş verib.
Aktivlərin artım sürətinə görə, ölkədə birinci yeri «Şamaxı» futbol klubu tutur. 2022-ci ildə bu klubun aktivləri 2021-ci illə müqayisədə 10 dəfə artıb – klub 10 dəfə böyüyüb.
Sonrakı yeri «Sabah» futbol klubu tutur – onun aktivləri 87%, yəni təqribən 2 dəfə artıb.
Aktivlərin məbləğ ifadəsində ən çox artdığı klub «Qarabağ»dır – 2022-ci ildə komandanın aktivləri 4 milyon manat və ya 13% artıb.
Məbləğ ifadəsində çn çox azalma isə «Neftçi»də baş verib – 700 min manat və ya 5%. Faiz ifadəsində aktivlər ən çox «Sumqayıt» və «Səbail» klublarında baş verib – 21%.