Azərbaycanda aktivlərinin həcminə görə, premyer-liqanın ən böyük və ən kiçik futbol klubları məlum olub.
FED.az xəbər verir ki, 2022-ci ilin sonunda malik olduqları aktivlərin həcminə görə sıralamada birinci yeri Ağdamın «Qarabağ» klubu tutur. «Qarabağ»ın aktivlərinin həcmi 36 milyon manat təşkil edir ki, bu da bütün digər klubların aktivlərinin birgə həcmindən artıqdır.
Aktivlərin həcminə görə sonrakı iki yeri «Neftçi» və «Qəbələ» tutur.
Bu göstəricinin ən aşağı olduğu klub «Kəpəz»dir.