AVRO-2020-nin ümumi mükafat fondu 284,55 milyon funt sterlinq təşkil edir.
Eləcə də bax: Azərbaycanda sponsor pullarının artıb-azaldığı - FUTBOL KLUBLARI (PFL) – SİYAHI
FED.az xəbər verir ki, 2018-ci ilin fevralında bu rəqəmin 319 milyon olacağı açıqlansa da, koronavirus pandemiyası səbəbindən UEFA və iştirakçılar ölkələr mükafatın azaldılmasını razılaşdırıb.
Yeni mükafat fonduna əsasən, Avropa çempionu maksimum 24,29 milyon qazanacaq. Qrupda bütün matçlarda uduzan komanda isə 8 milyonla kifayətlənəcək.
24 komandanın hər biri iştirak üçün – 8 milyon
Qrupda hər oyunda qələbə – 860 min
Qrupda hər heç-heçə - 430 min
1/8 finalda iştirak – 1,29 milyon
1/4 finalda iştirak – 2,15 milyon
1/2 finalda iştirak – 3,44 milyon
Finalda məğlubiyyət - 4,03 milyon
Finalda qələbə - 6,88 milyon
Qeyd edək ki, bu gün start götürəcək AVRO-2020-nin oyunları 11 şəhərdə, o cümlədən Bakıda keçiriləcək. (Apa)