Azərbaycanda Peşəkar Futbol Liqasında (PFL) iştirak edən futbol klublarının maliyyə vəziyyəti açıqlanıb.
Azərbaycanda futbol klublarına sponsorlar nə qədər pul ayırır – SİYAHI - MƏBLƏĞLƏR
FED.az İDMAN ölkənin əsas futbol klublarının iqtisadi göstəricilərini təqdim edir.
2020-ci ildə Azərbaycanın yüksək liqasında çıxış edən 8 klubdan 7-nin sponsor dəstəyi zəifləyib, onlar əvvəlki illə müqayisədə daha az dəstək alıblar. Bir klub – «Qarabağ» ümumiyyətlə dəstək almayıb.
Yalnız bir klub – «Sumqayıt» FK öz sponsorunan 2019-cu illə müqayisədə daha çox dəstək alıb.
3 klubda sponsor dəstəyinin azalması cüzi olub - onlar demək olar ki, əvvəlki ildə olduğu həcmdə sponsor dəstəyi ilə təmin ediliblər.
Əvəzində «Neftçi»nin sponsoru 26%, «Səbail» FK-nin sponsoru isə komandasına 33% az məbləğ ayırıb.
Ən böyük azalma «Qəbələ» FK-da baş verib. Qəbələ klubuna sponsor dəstəyi 21 dəfə azalaraq 2019-cu ildəki 6,3 milyon manatdan, 2020-ci ildə 300 min manata düşüb.