Xəbər verdiyimiz kimi, Böyük Britaniya 7 rusiyalını “qara siyahı”ya salıb və onların içərisində Roman Abramoviç də var.
Eləcə də bax: Böyük Britaniya 7 rusiyalı iş adamını - "Qara Siyahı"ya Saldı
FED.az xəbər verir ki, İngiltərə hökuməti aralarında London klubu da olmaqla Roman Abramoviçin bütün aktivlərini dondurub.
Bu səbəbdən də hazırda “Çelsi”nin satışı baş tutmayacaq. Klub xüsusi lisenziya ilə fəaliyyətini davam etdirə biləcək.
Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Roman Abramoviç “Çelsi”ni satmaq qərarı vermişdi. (Qafqazinfo)