Sabiq Baş prokuror Zakir Qaralovun ölkədən çıxışına qadağa qoyulması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.
Eləcə də bax: Zakir Qaralovun şirkətlərinin külli miqdarda vergi borcu - ÜZƏ ÇIXDI
FED.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinən bildirilib.
Qeyd olunub ki, sabiq Baş Prokuror Zakir Qaralovun ölkə xaricinə çıxışına qadağa qoyulması ilə bağlı məlumat Baş Prokurorluq tərəfindən təsdiq edilmir.