Ötən gün Bakıda etiraz məqsədilə Heydər Əliyev prospektini bağlayan yük maşını sürücüləri inzibati qaydada həbs edilib.
Eləcə də bax: Yolu bağlayan sürücülər həbs edidi - ÜZR VİDEOSU YAYILDI - VİDEO
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, sürücülər Fəxrəddin Məlikov və Mirələm Məmmədov İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polisin qanuni əmrinə tabe olmama) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə təqsirli biliniblər.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə hər üç sürücü inzibati qaydada 30 sutka həbs olunublar.