Lənkəran şəhəri ərazisində qanunsuz olaraq çoxmənzilli yaşayış binasının inşa edilməsi barədə məlumat əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Tenderdə qalib çıxardığı sahibkarlara bağça tikməyi tapşırıbmış - MƏHKƏMƏ
FED.az xəbər verir ki, Lənkəran rayon prokurorluğunun məlumatına görə, ilkin araşdırma zamanı fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Hünər Hadızadənin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Lənkəran şəhəri ərazisində layihədən kənar aparılan tikinti-quraşdırma işlərinin dayandırılması barədə qərarı qərəzli olaraq icra etməməsi, həmçinin tikintiyə dair normaları pozaraq aidiyyəti dövlət qurumlarının rəyi olmadan qanunsuz olaraq çoxmənzilli yaşayış binası inşa etdirilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 222-3 (qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla aparılan tikinti işlərinin dayandırılması barədə dövlət orqanlarının qərarlarını qərəzli olaraq icra etməmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.